Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Zəvvarlar üçün “tərcüməçi” qulaqlıq

Share Button

“The Pilot” qulağa yerləşdirilir və real zaman rejimində həmsöhbətin xarici dildə danışdığı hər şeyi sözbəsöz tərcümə edir.

Zəvvarlar üçün qulağa yerləşdirilən xüsusi “tərcüməçi” ixtira edilib.

“Din.az”ın “islam.ru” saytına istinadən verdiyi xəbərə əsasən,”Waverly Labs” şirkəti tərəfindən hazırlanmış yeni ixtira “The Pilot”, həcci yerinə yetirən zəvvarlara dil baryerini məhv etməyə imkan verərək, onların daha çox ünsiyyətcil olmağına kömək olacaq, yeni dil mühitində asan şəkildə alışmağa yardım edəcək.

Miniatür qurğu – “The Pilot” qulağa yerləşdirilir və real zaman rejimində həmsöhbətin xarici dildə danışdığı hər şeyi sözbəsöz tərcümə edir. Qurğunu smartfon vasitəsilə idarə etmək olar. Qurğu 2017-ci ildən etibarən kütləvi satışa buraxılacaq. Qiyməti təxminən 250-300 dollar olacaq.

-36186

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir