Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Zəvvarlara “ağıllı bilərzik” paylanacaq

Cihaz suya davamlıdır…

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi Məkkədəki izdiham faciəsinin bir daha yaşanmaması üçün zəvvarlara “ağıllı bilərzik” paylayacaq.

“Din.az” xəbər verir ki, Səudiyyə Ərəbistanı keçən il həccdə yaşanan izdihamdan sonra hacıların təhlükəsizliyini artırmaq üçün bəzi tədbirlər düşünüb. Can itkisinin qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı, hər zəvvara bir ədəd “ağıllı bilərzik” takılacağını bildirib. Bu il həcc mövsümündə cihazın istifadəsinin zəruri olduğunu bildirən səlahiyyətli şəxslər elektronik cihazda zəvvarlarının fərdi məlumatlarının yerləşdirilməsinə yer veriləcəyi bildirilib.

GPS sisteminin də istifadə ediləcəyi bilərzikdə zəvvarın Səudiyyə Ərəbistanındakı ünvanı ilə yanaşı bütün tibbi məlumatları qeydə alınacaq. Beləliklə, itmə, izdiham kimi hadisələrin qarşısını almağı hədəfləyən Səudiyyəli səlahiyyətlilər digər tərəfdən hər hacı namizədin məlumatlarından ibarət məlumat bazası yaradacaq.

Suya davamlı olaraq istehsal edilən cihazda namaz saatlarını xəbər verən bir zəngin və qibləni təyin etmək üçün içində bir kompasın olacağı deyilir.

788976907939

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...