Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Zəvvarlara xəbər: dünyanın ən böyük çətirləri istifadəyə verilir – FOTO

3500 hacını kölgəsinə alacaq ən böyük çətirlər quraşdırılır.

Məkkədə yerləşən müqəddəs Məscidul-Haramda hər biri 3500 hacını kölgəsinə alacaq ən böyük çətirlərin quraşdırılması başa çatmaq üzrədir.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin mənbələri dünyanın ən böyük çətiri olacaq Məscidul-Haram çətirlərinin açılışının yaxın günlərdə baş tutacağını bildiriblər.

Məlumata görə, çəkisi 500 ton olan hər çətir 30 metr hündürlüyündə olacaq və onların hər birinin kölgəsində 3500 namaz qılan ibadət edə biləcək.

Almaniya istehsalı olan çətirlər Məkkə ərazisində quraşdırılacaq 8 nəhəng və yüksək texnologiyalı konstruksiyanın ilk hissəsidir. Məlumata görə hər bir çətirdə zəvvarlar üçün kondisioner, müşahidə kameraları, saatlar, monitorlar və sair quraşdırılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...