Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Zəvvarları daşıyan avtobus gülləbaran edildi – Ölən və yaralananlar var

Zəvvarlar naməlum dəstənin hücumuna məruz qaldılar.

Misirdə xristian kipti zəvvarlarını daşıyan avtobusa silahlı hücum olub.

Din.az xəbər verir ki, hadisə Bəni Suef əyalətində qeydə alınıb.

Belə ki, zəvvarları aparan üç avtobus Müqəddəs Samuel monastırı qarşısında naməlum dəstənin hücumuna məruz qalıb və onlardan biri gülləbaran edilib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...