Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Zəvvarlarımız üçün ayrılan yerlərin sayı yenə azaldıldı

Share Button

Zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.

Kvotanın endirilmə səbəbi açıqlanmasa da, bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Xatırladaq ki, bu say ötənilki kvotadan 4 dəfə azdır.

Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar tələb olunur. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir