Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Zəvvarların təhlükəsizliyi üçün Səudiyyədən QADAĞA

Həcc səfəri zamanı zəvvarların təhlükəsizliyi üçün tədbirlər görülür.

Səudiyyə Ərəbistanı Həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün müqəddəs məkanlarda qaz balonlarından istifadəni qadağan edib.

Din.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında yazılı açıqlama verilib.

Açıqlamada Həcc səfəri zamanı zəvvarların təhlükəsizliyi və hüzuru üçün Mina, Müzdelifə və Arafatda qaz balonlarından istifadə qadağan edilib.

Bundan başqa açıqlamada qeyd edilib ki, qadağaya əməl etməyən şəxslərin birinci dəfə 266, ikinci dəfə 666, üçüncü dəfə 1333 dollar cərimələnəcəyi və bir həftə nəzarət altında saxlanılacağı bildirilib.

Qeyd edək ki, 1997-ci ilin 15 aprel tarixində Minada zəvvarların olduğu çadırda qaz balonunun səbəb olduğu partlayış nəticəsində 343 nəfər ölmüş, 500-dən çox insan isə xəsarət almışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...