Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Zəvvarlarla bağlı gözlənilməz addım: Həccə gedən hər bir şəxs…

Çinli müsəlmanların kartlarına GPRS (Qlobal Mövqetəyinetmə Sistemi) taxılıb.

Çin hökuməti tərəfindən idarə edilən Çin İslam Dərnəyi Məkkə şəhərinə Həcc ziyarəti üçün gedən çinli müsəlmanların kartlarına GPRS (Qlobal Mövqetəyinetmə Sistemi) taxıb.

Din.az xəbər verir ki, bu barədə Amerikanın “Vall Strit” qəzeti məlumat yayıb.

Xəbərə görə, Çin hökuməti bu sistem vasitəsilə zəvvarları 24 saat izləyir. Dərnəyin ifadəsinə görə isə bu kartlar istifadəçilərin təhlükəsizliyini təmin edir. Kartlarda GPRS və zəvvarın şəxsi bilgiləri var.

İnsan haqları müdafiəçiləri isə sözügedən kartları casusluq və kəşfiyyat fəaliyyətlərinin bir parçası kimi şərh edir. London Krallığı Kollecindən Çin insan haqları mütəxəssisi Eva Pils durumun Çinin müsəlmanların dini aktivliyinə qarşı zülmünün yeni yolu olduğunu bildirib.

Qeyd edək ki, Çinin Şərqi Türküstanda uyğurlara qarşı məhdudiyyətlər və assimlasiya siyasti tətbiq etdiyi heç kimə sirr deyil. Çin hökuməti bu fəaliyyətləri bir müddətdir ki, müsəlmanlara qarşı da tətbiq edir.

Hökumətin bu kartlardan hansı məqsədlə istifadə edəcəyi isə hələ ki bilinmir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...