Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Zimbabvedə ölkə liderini tənqid etmək qadağan olundu

“Əgər Zimbabvedə yaşamaqdan məmnun deyilsinizsə ölkəni tərk edin”

Zimbabve lideri Robert Mugabe onu tənqid edən istiqlal savaşı qazilərinin ağır cəzaya məruz qalacağını söyləyib.

“Din.az” xəbər verir ki, paytaxt Hararedəki iqtidar partiyası ZANU-PF mərkəzi binasında minlərlə partiya nümayəndələrinə səslənən 92 yaşlı Mugabe onu “diktator və eqoist” olaraq tənqid edən Zimbabve Milli İstiqlal Savaşı Qazilər Vəqfi üzvlərinin ağır şəkildə cəzalandırılmalarının vacibliyini söyləyib.

Vəqfin daxilinə sızan xarici güvvələrin təsiri altına düşdüyü iddia edilən Mugabe, onu tənqid edən açıqlamanı hazırlayanlar haqqında araşdırma aparıldığını və vəqf rəhbərlərinin dəyişdirilməsinin lazım olduğunu qeyd edib.

İqtidardan ayrılmayacağını bildirən Mugabe “Partiyam məndən xidmətimi istədiyi müddət ərzində və mənim də ömrüm, enerjim yetdikcə hakimiyyətə davam edəcəyəm” deyə bildirib.

Zimbabvedə 36 ildir iqtidarda olan Mugabe idarəçiliyi, pisləşən iqtisadiyyat, sui-istifadə iddiaları və insan hüquqlarının pozulması halları ilə qarşı-qarşıyadır.

Ölkədə Evan Mavarie adlı bir rahib bu ayın əvvəllərindən başlayaraq iqtidar əleyhinə vətəndaş itaətsizlik hərəkatlarını istiqamətləndirirdi. Təhlükəsizlik qüvvələri rahib Mavarieni 12 iyulda nəzarətə almış, 13 iyulda isə sərbəst buraxmışdı.

Mugabe ilk dəfə ötən həftə vətəndaş itaətsizlik hərəkatlarını dəstəkləyənləri tənqid etmiş “əgər Zimbabvedə yaşamaqdan məmnun deyilsinizsə ölkəni tərk edin” ifadəsini işlətmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...