Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ziyarətdə itkin düşən İmişli sakininin vəfat etdiyi məlum olub

“Mərhumu Azərbaycana gətirib, dəfn etmək üçün külli miqdarda vəsaitə ehtiyac var”.

Azərbaycanlı zəvvar Kərbəla ziyarəti zamanı ölüb.

Din.az bildirir ki, bu haqda APA-ya İmişli Rayon İcra Hakimiyyətinin Sərxanlı kənd üzrə icra nümayəndəsi İkram Mahmudov məlumat verib. O bildirib ki, rayonun Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlu Kərbəla ziyarəti zamanı səhhəti pisləşərək ölüb. Onun meyiti Azərbaycana gətirilərək dəfn olunacaq.

Mərhumun əmisi oğlu Yavər Yusifov APA-ya açıqlamasında Davər Yusifovun həyat yoldaşı ilə birlikdə ziyarətə getdiyini deyib: “Nəcəf şəhərində olduğu zaman həyat yoldaşından ayrılıb. Səbəb isə qadınların və kişilərin ziyarətgaha ayrı-ayrı daxil olması olub. Davər həyat yoldaşından ayrılanda səhhəti pisləşib. Bir nəfər kömək edərək, əl-üzünü yuyub, kənara çəkib. Həkim çağırmağa gedib. Qayıdanda görüb ki, Davər yoxdur. Sonradan məlum olub ki, onu xəstəxanaya aparılıblar və orada vəfat edib”.

Yavər Yusifov daha sonra bildirib ki, mərhumu Azərbaycana gətirib, dəfn etmək üçün külli miqdarda vəsaitə ehtiyac var: “Aidiyyəti qurumlara müraciət olunub. Hələlik cavab verilməyib. Kənd camaatı lazım olan məbləği düzəltmək üçün öz yardımını əsirgəmir”.

Qeyd edək ki, Kərbala ziyarətinə gedən D.Yusifovun itkin düşməsi barədə məlumat yayılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...