Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ziyarətdən qayıdan azərbaycanlıların maşınından görün nələr çıxdı – FOTO

Ərbəin (Kərbəla) ziyarətindən gələn şəxsin qanunsuz əməlləri …

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn BA999KU dövlət nömrə nişanlı “Mercedes Benz” və 90 CD 920 dövlət nömrə nişanlı “SETRA S215 HD” markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları – Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.

Din.az bildirir ki, bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd “Samsung” markalı mobil telefon, 22 ədəd “Samsung” markalı mobil telefon üçün qulaqlıq, 18ədəd üzərində “Samsung” yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd USB kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.

F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4 200 ədəd “Cavallo” adlı siqaretlər aşkarlanıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...