Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ziyarətə gedən azərbaycanlı axund itkin düşdü

Zəvvar D.Yusifovdan xəbər yoxdur.

Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə itkin düşən şəxsin yaxınları bildirib.

Qeyd olunur ki, D.Yusifov bu ayın əvvəli yaxınları ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan şəxs qəfil yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, onlarla birlikdə gedən şəxslər bu gün artıq geri qayıdıblar, ancaq D.Yusifovdan xəbər yoxdur. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.

Qeyd edək ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...