Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Zurabişvili Cümə məscidində – Foto

“Bu gün Gürcüstanda bütün dini qurumlar dövlətdən bərabər şəkildə yardım alır.”

Gürcüstan Prezidenti Salome Zurabişvili müqəddəs Ramazan bayramı münasibətilə iyunun 4-də Tbilisidəki Cümə məscidini ziyarət edib.

Din.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi hacı Yasin Əliyev Prezident Salome Zurabişvilini salamlayıb və müsəlmanları təbrik üçün məscidə gəldiyinə görə ona minnətdarlıq edib.

Y.Əliyev deyib ki, bu gün Gürcüstanda bütün dini qurumlar dövlətdən bərabər şəkildə yardım alır. Məscidlər və digər dini ibadət ocaqları dövlət hesabına təmir olunur. Baş nazirin təşəbbüsü ilə paytaxt Tbilisidə, eləcə də digər dövlət və hökumət üzvlərinin iştirakı ilə bölgələrdə iftar süfrələri açılıb. Bütün bunlar Gürcüstanda tolerantlığın və demokratiyanın mövcudluğunu sübut edir.

Müqəddəs Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Prezident Salome Zurabişvili deyib: “Bu gün Ramazan bayramında sizinlə bir yerdə olmaqdan çox xoşbəxtəm. İslam bərabərlik, sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda tolerantlıq hökm sürür. Lakin əfsuslar olsun ki, dünyanın bəzi yerlərində vəziyyət heç də belə

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...